Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Son sutkada Rusiyanın 400 hərbçisi məhv edilib''

''Son sutkada Rusiyanın 400 hərbçisi məhv edilib''

Tarix: 26 Avqust 2022 18:38

"Ukraynada Rusiya ordusunun daha 400 hərbçisi məhv edilib".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 46 250-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 936 tank, 4 251 zirehli döyüş maşını, 1040 artilleriya sistemi, 272 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 834 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 162 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Milli.Az


Etiketlər:  sutkada Rusiyanın hərbçisi məhv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ