Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Düdelanj''da baş məşqçi təyinatı nə vaxt olacaq?

''Düdelanj''da baş məşqçi təyinatı nə vaxt olacaq?

Tarix: 27 Sentyabr 2019 11:08

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan "Düdelanj"da baş məşqçi təyinatı ləngiyir.

Qol.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, komandaya baş məşqçinin nə vaxt təyin ediləcəyi oktyabrln 3-ü “Qarabağ”a qarşı keçiriləcək matçdan sonra bilinəcək. O vaxta qədər isə Bertran Krasson müvəqqəti baş məşqçi vəzifəsini icra etməkdə davam edəcək.

Klubun idman direktoru Sofian Benzuan düzgün qərarın verilməsi üçün daha bir həftə gözləmələrinin gərəkliyini açıqlayıb. Lakin, o, qərarın mütləq şəkildə nəticələrlə əlaqədar olmayacağını deyib. O, Benzuan Krassonun ən azı köməkçi-məşqçi kimi qalacağını əlavə edib.

Xatırladaq ki, "Düdelanj" Avropa Liqasında qrup mərhələsinin startı ərəfəsində Emilio Ferreranı baş məşqçi vəzifəsindən istefaya göndərib. Komanda müvəqqəti olaraq, Krassona tapşırılıb. Onun rəhbərliyi altında "Düdelanj" ilk turda APOEL-i Kiprdə 4:3 hesabı ilə yenib.

 


Etiketlər:  Düdelanjda baş məşqçi təyinatı vaxt olacaq


RƏYLƏR