Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mark robot olmadığını belə sübut etdi - VİDEO

Mark robot olmadığını belə sübut etdi - VİDEO

Tarix: 27 Avqust 2022 18:14

"Meta" şirkətinin rəhbəri Mark Zukerberq qeyri-insani mənşəyi ilə bağlı memlərdən xəbərdar olduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Zukerberq robot olmadığını sübut etmək üçün bir stəkan su içib. İş adamı bunu bloqqer və idman aparıcısı Co Roqanın "The Joe Rogan Experience" adlı podkastının efirində edib.

"Sənin su içməyindən xoşum gəlmir. Məsələn, sən ABŞ Senatındakı dinləmələrdə su içəndə bu, robotun içməsinə bənzəyirdi", - deyə Roqan zarafat edib. Sonra isə Zukerberqdən onun qarşısında bir qurtum su içməsini istəyib.

Zukerberq gülümsəyib və canlı kameralar qarşısında su içib. O, belə rəsmi tədbirlərdə bəzən özünü rahat hiss etməyin çətin olduğunu izah edib.

"Senatda ifadə vermək insanlığınızı nümayiş etdirmək üçün uyğun zaman deyil. Orada altı və ya yeddi saat qaldıqda, mütləq memə çevriləcək bir sima alacaqsan", - deyə "Meta" rəhrəri qeyd edib.

Milli.Az


Etiketlər:  Mark robot olmadığını belə sübut etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ