Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2022 20:36
Şuşaya səfər edən Azərbaycanda rezident əsasda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Cıdır düzündə olublar.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Cıdır düzü barədə diplomatlara məlumat verib.
Bildirib ki, bu ərazidə hər zaman mədəni tədbirlər, festivallar keçirilib.
A. Kərimov deyib ki, işğal aradan qaldırıldıqdan sonra Şuşada 30 ildir keçirilməyən mədəni tədbirlər bərpa olunub, Cıdır düzündə "Xarı Bülbül" festivalı keçirilib.
Aydın Kərimov həmçinin əlavə edib ki, Azərbaycan hərbçiləri Cıdır düzündən, buradakı qayalıqlardan çıxaraq şəhərə daxil olub, onu azad ediblər.