Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2022 11:30
Telefonun istehsal etdiyi əsas radiasiya mavi işıqdır, lakin ultrabənövşəyi radiasiyadan fərqli olaraq, yanmağa və qızartıya səbəb olmur, ancaq hiss olunmaz şəkildə zərər verir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı kosmetoloq, dietoloq, SPİK Moskva klinikasının baş həkimi Olqa Seredkina xəbərdarlıq edib.
Onun sözlərinə görə, notbuk, smartfon və ya televizor qarşısında altı saat qalmaq, dəriyə günorta günəşində qorunmadan yarım saat qalmaqla müqayisə oluna bilər.
"Mavi işığa məruz qalmaq hiperpiqmentasiyaya səbəb olur. Bundan əlavə, qadcetlərin təsiri dərinin qocalmasını sürətləndirir, ləkələrə və dərinin qurumasına səbəb olur. Smartfondan çıxan mavi işığın epidermisin təbəqələrində kollagenin sintezinə mənfi təsir etdiyi eksperimental olaraq göstərilib", - deyə kosmetoloq bildirib.