Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telefonunun şarjı tez bitənlərə şad xəbər

Telefonunun şarjı tez bitənlərə şad xəbər

Tarix: 28 Avqust 2022 12:04

Böyük Britaniyanın Esseks Universitetinin mühəndisləri smartfonun batareyasının ömrünü 30%-ə qədər artıran "EOPtomizer" proqramını yaradıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ali təhsil ocağının saytında məlumat verilib.

Layihəyə Universitetin Kompüter Elmləri və Elektron Mühəndisliyi Məktəbindən Amit Sinqh rəhbərlik edib. Tətbiqin hazırlanmasına "Samsung", "Microsoft" və "HCL Technologies" şirkətlərinin keçmiş əməkdaşları cəlb olunub.

Məlumata görə, "EOPtomizer" tətbiqi smartfonda çipin işini optimallaşdırmaq üçün süni intellekt və maşın öyrənmə texnologiyasından istifadə edir. Tətbiq aşağı sürəti olan proqramlardan istifadə edərkən prosessorun işini məhdudlaşdırmağa və yükü azaltmağa qadirdir.

"Ümid edirik ki, bu proqram istifadəçilərin həyatını yaxşılaşdıracaq, pula qənaət edəcək və ətraf mühitin qorunmasına yardımçı olacaq", - deyə Sinqh bildirib.

Milli.Az


Etiketlər:  Telefonunun şarjı tez bitənlərə şad xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ