Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni deputat Qazaxın kəndlərindən yazdı - “Azərbaycana qaytarılıb”

Erməni deputat Qazaxın kəndlərindən yazdı - “Azərbaycana qaytarılıb”

Tarix: 29 Avqust 2022 13:48

Ermənistan parlamentinin deputatı Qeqam Nazaryanın sosial şəbəkə hesabında paylaşdığı status gündəm yaradıb. Erməni deputat 8 mart 1992-ci ildən Ermənistanın işğalı altında olan Qazax rayonunun Xeyrimli kəndinin artıq Azərbaycana təhvil verildiyini iddia edib.

Deputatın kənddən paylaşdığı məlumatda deyilir: "Babamın evinin həyətində dayanıb günəşin nə vaxt batacağını görmək, işlərimi planlaşdırmaq qərarına gəldim və burada Nikol, Ararat Mirzoyan və Google-dan belə bir sürpriz var".

Deputatın statusuna gələn rəylərdə isə ermənilər Qazaxın kəndlərinin Azərbaycana çoxdan təhvil verildiyini, lakin hələlik açıqlanmadığını vurğulayıb.

Qeyd edək ki, Qazax rayonunun 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bunlar Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləridir.


Etiketlər:  Erməni deputat Qazaxın kəndlərindən yazdı Azərbaycana qaytarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ