Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəvainin təkkəbbürünü "üzünə vurdular" - FOTO

Nəvainin təkkəbbürünü

Tarix: 29 Avqust 2022 14:45

Rusiya şou-biznesində məşhurlaşan müğənni Nəvai Bəkirov açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sosial şəbəkə hesabında izləyiciləri ilə "sual-cavab" edən sənətçi barəsədində gəzib-dolaşan söz-söhbətlərə aydınlıq gətirib.

İzləyicisinin "Niyə bu qədər təkəbbürlüsünüz?" sualına Nəvai cavabı ilə təəccübləndirib.

"Düşünürəm ki, digər artistlər arasında ən sadəsi elə özüməm. Heç vaxt insanı xarici görünüşünə görə mühakimə etməyin. Və danışanadək onun haqda pis düşünməyin".

Digər izləyicisinin "Təhsiliniz haqqında danışın" sözlərinə N.Bəkirov "Ali təhsilim yoxdur. 11 yaşımdan işləyirəm. Özünüz gördüyünüz kimi, diplomun içinə nələrsə... qoymuşam", - deyə fikirlərini ifadə edib.

Milli.Az


Etiketlər:  Nəvainin təkkəbbürünü üzünə vurdular FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ