Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu rayonda ağaclar susuzluqdan quruyur - VİDEO

Bu rayonda ağaclar susuzluqdan quruyur - VİDEO

Tarix: 29 Avqust 2022 15:38

Goranboy rayonun Nərimanlı kəndinin sakinləri su problemi ilə üzləşiblər. Kəndlilər əkin sahələrini uzun müddətdir ki, suvara bilmədiklərini deyirlər. Bağlarda müxtəlif növ ağaclar quruyub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kəndlilərin sözlərinə görə, yaşayış məntəqəsinin giriş hissəsində olan artezian quyusu da işlək deyil.

Sahələri suvarmaq üçün kəndin yaxınlığından kanal keçsə də, sakinlərə oradan su verilmir. Çarəsiz qalan kəndlilər aidiyyəti qurumlara rəsmi məktublar ünvanlaslar da, problem məsələ həllini tapmayıb.

Goranboy rayon Suvarma Sistemləri idarəsindən bildirilib ki, bu il üçün 8 quyunun bərpası nəzərdə tutulub. Gələn il isə bərpa ediləcək quyuların sayı 20-yə çatdırılacaq. Hazırda susuz qalan Nərimanlı kəndinə isə digər artezianlar və mənbələrdən su veriləcək.

Milli.Az


Etiketlər:  Bu rayonda ağaclar susuzluqdan quruyur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ