Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2022 19:30
Rusiyada Tula vilayətində, Uzlovaya şəhərində 26 yaşlı yerli sakin şaurma köşkün yanında dayanmış 32 yaşlı kişini döyərək öldürüb,
Sonxeber.net xəbər verir ki, bu haqda RF İstintaq Komitəsinin Tula üzrə İstintaq İdarəsinin mətbuat xidməti bildirirb.
İstintaqın məlumatına görə, faciə avqustun 20-də axşam saatlarında baş verib. Münaqişə zamanı hücum edən şəxs tanımadığı şəxsi əlləri və ayaqları ilə döyərək yerə yıxıb. Tanışı təcavüzkarı hadisə yerindən uzaqlaşdırana qədər, sonuncu zərərçəkənə xeyli ziyan vura bilib. 32 yaşlı kişi xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Şübhəli şəxs saxlanılıb. Baş verənlərin şəraiti müəyyən edilib. Həmin şəxs ehtiyatsızlıqdan ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunub. O, etdiklərini etiraf edib.
İrfan Vəliyev