Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şüa xəstəliyi

Şüa xəstəliyi

Tarix: 30 Avqust 2022 08:27

Canlı hüceyrələrə ionlaşdırıcı şüalanmanın təsiri nəticəsində vacib olan bioloji molekul və hüceyrələrin strukturlarında müxtəlif zədələnmələr baş verir. Belə zədələnmələr nəticəsində əmələ gələn xəstəlik şüa xəstəliyi adlanır.
Şüa xəstəliyi müxtəlif növ ionlaşdırıcı şüaların orqanizmə təsiri nəticəsində yaranan xəstəlikdir. Canlı orqanizmə radiasiyanın zədələyici təsirinin müxtəlifliyi aşağıdakılardan asılıdır:
- şüanın növündən
- şüanın təsirindən
- zaman amilindən (təkrar və ya bir-neçə dəfə baş verməsindən)
- şüanın həcmindən.
Şüa xəstəliyi ionlaşdırıcı şüalanmanın dozası 1-10 Qr və daha yüksək olduqda baş verir.
Xəstəlik ağırlıq dərəcəsindən asılı olaraq 4 qrupa bölünür:
1. Yüngül dərəcə - kəskin şüa xəstəliyi.
2. Orta dərəcə - II dərəcəli şüa xəstəliyi.
3. Ağır dərəcə - III dərəcəli şüa xəstəliyi.
4. Çox ağır dərəcə - IV dərəcəli şüa xəstəliyi.
Xroniki şüa xəstəliyi də vardır ki, bu uzun müddət az miqdarda şüa qəbul etdikdə baş verir.
Xəstəlik aşağıdakı əlamətlərlə özünü göstərir:
- qusma
- dəridə səpgilər
- qanaxmalar
- baş ağrıları
- tüklərin tökülməsi
- əldə yaralar
- bağırsaq pozğunlaqları.


Etiketlər:  Şüa xəstəliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ