Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 18:54
Moskva yaxınlığındakı Ruzadan olan 30 yaşlı qadın ardıcıl üçüncü əkizlərini dünyaya gətirib.
Sonxeber.net bildirir ki, bu haqda Regional Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verib.
"37 həftədə doğuş uğurlu oldu. Qeysəriyyə əməliyyatı nəticəsində çəkisi 2980 qram, boyu 50 santimetr olan oğlan, 2370 qram çəkisi və 49 santimetr boyu olan qız uşağı dünyaya gəlib", - Naro-Fominsk Perinatal Mərkəzinin mətbuat xidməti bildirib.
Səhiyyə Nazirliyi bildirib ki, doğuşdan dərhal sonra körpələr bir müddət mütəxəssislərin nəzarəti altında yeni doğulmuş və vaxtından əvvəl doğulmuş körpələrin patologiyası şöbəsində olsalar da, hazırda ana və uşaqlar artıq dörd böyük qardaşın olduğu evə buraxılıblar. Xəbərdə deyilir ki, qadın üçün bu, əkizlərlə üçüncü təbii hamiləlik olub - birinci doğuş 10 il əvvəl, ikincisi isə səkkiz il əvvəl olub.
İrfan Vəliyev