Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maykl Ceksonun ürəyində qalan arzusu

Maykl Ceksonun ürəyində qalan arzusu

Tarix: 30 Avqust 2022 20:45

İngilis yazıçısı Nil Geyman mərhum müğənni Maykl Ceksonun "Qum adamı" komikslər silsiləsinin ekran versiyasında iştirak etmək istədiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "1996-cı ildə məni "Warner Bros"a gətirdilər. Orada şirkətin o vaxtkı prezidenti mənə dedi ki, Maykl Cekson onlara zəng edərək "Qum adamı" filmində Morfey rolunda oynamağın mümkün olub-olmadığını soruşub. Ümumiyyətlə, filmin adaptasiyasına maraq çox yüksək idi", - deyə yazıçı bildirib.

"Warner Bros" hələ 90-cı illərin sonlarında komiks əsasında film çəkməyi planlaşdırsa da, Geymanı layihənin ssenarisi qane etməyib. Yazıçı mətnləri şəxsən mətbuatla bölüşüb və layihə tənqidlərə görə dayandırılıb.

Daha sonra filmin adaptasiyası üzərindəki hüquqları "Netflix" əldə edib və serialın premyerası 2022-ci ildə baş tutub.

Milli.Az


Etiketlər:  Maykl Ceksonun ürəyində qalan arzusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ