Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2022 11:55
"Atam hələ də Mərkəzi Klinikaya köçürülməyib. Heydər Əliyev Fondundan tapşırılmışdı ki, köçürülsün. Hələ də qalıb".
Sonxeber.net xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib. O, atasının hazırda Mərdəkanda müalicə aldığı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında koronavirusa yoluxduğunu bildirib:
"Atam bu xəstəxanaya "Covid-19" xəstəsi kimi gəlməyib. Onun yatdığı palatanın yanında koronavirus xəstəsi müalicə alırdı. Virusa da ona görə yoluxub".
Qeyd edək ki, Xalq artistinin səhhətində bir neçə gün öncə ciddi problem yaranıb. Heydər Əliyev Fondundan isə bu gün bildirilib ki, aktyorun ailəsi müalicəyə yardım etmək üçün müraciət edib. Fond da, öz növbəsində, ailəyə dəstək göstərir.