Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəfael Cəbrayılovun qardaşı ev dustaqlığına buraxıldı

Rəfael Cəbrayılovun qardaşı ev dustaqlığına buraxıldı

Tarix: 31 Avqust 2022 12:22

Külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq deputat Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov ev dustaqlığına buraxılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

23 iyul 2022-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Etiketlər:  Rəfael Cəbrayılovun qardaşı dustaqlığına buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ