Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2022 14:46
Yunanıstanda adətən ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusu səbəbi ilə 11 nəfər ölüb.
Bu barədə Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı açıqlama yayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ölkə üzrə 123 nəfərdə xəstəlik aşkarlanıb.
Xəstələrin 74-ündə mərkəzi sinir sisteminə təsir edən simptomların olduğu, 49-unda isə ya yüngül simptomların olduğu, ya da heç bir əlamətin olmadığı bildirilib.
Yunanıstanda ötən həftə sözügedən virusa 36 yeni yoluxma hadisəsi qeydə alınıb.