Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

''Qarabağ''ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

Tarix: 31 Avqust 2022 23:36

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Fransanın "Nant" komandası çempionatda V turun oyununa çıxıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, "Nant" səfərdə "Strasbur"un qonağı olub.

Görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin Seneqaldan olan hücumçusu Habib Diallo 28-ci dəqiqədə hesabı açsa da, "Nant"ın misirli forvardı Mustafa Məhəmməd matçda tarazlığı bərpa edib. Afrikalı futbolçu 85-ci dəqiqədə fərqlənib. Bu matçda "Nant"ın baş məşqçisi Antuan Kombuare 63-cü dəqiqədə sarı vərəqə də alıb.

Qeyd edək ki, "Nant" hazırda 6 xalla 11-ci pillədədir.


Etiketlər:  Qarabağın rəqibi heç heçə edib baş məşqçisi cəzalandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ