Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Simit satan yeniyetmənin küçə itini yemləməsi hər kəsi kövrəltdi - VİDEO

Simit satan yeniyetmənin küçə itini yemləməsi hər kəsi kövrəltdi - VİDEO

Tarix: 1 Sentyabr 2022 03:24

Türkiyənin Qaziantep şəhərində küçələrdə simit sataraq ailəsinə kömək edən yeniyetmənin ac olan sahibsiz it və pişiyi yemləməsi təhlükəsizlik kameralarına düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, daha sonra video sosial şəbəkələrdə yayılıb və ictimailəşib.

Mətbuat nümayəndələri Məhəmməd Kartal adlı oğlanı taparaq ondan müsahibə götürüb.

Mərhəmətli davranışı ilə diqqət mərkəzinə düşən yeniyetmə bildirib ki, küçədə yaşayan sahibsiz heyvanların ac olduğunu görüb və tərəddüd etmədən onlara yardım etmək qərarına gəlib.

"Onlar da canlıdırlar, qidaya, diqqətə ehtiyacları var. Ona görə də tərəddüd etmədən satmaq üçün aldığım simitlərdən birini onlara vermək qərarına gəldim", - deyə Məhəmməd Kartal söyləyib.

Milli.Az


Etiketlər:  Simit satan yeniyetmənin küçə itini yemləməsi hər kəsi kövrəltdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ