Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Laçın rayonuna komendant təyin olundu, polis fəaliyyətini bərpa etdi - FOTO

Laçın rayonuna komendant təyin olundu, polis fəaliyyətini bərpa etdi - FOTO

Tarix: 1 Sentyabr 2022 11:36

Laçın rayonunun inzibati ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətini bərpa edib. Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov rayonun kommendantı təyin olunub.

Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

Məlumata görə, rayon ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub, gündəlik olaraq xidmət aparılır. Rayona səfər edən qonaqların təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə təşkil olunur.

Milli.Az


Etiketlər:  Laçın rayonuna komendant təyin olundu polis fəaliyyətini bərpa etdi FOTO


RƏYLƏR