Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Tarix: 1 Sentyabr 2022 12:54

"Ötən sutka ərzində Ukraynada Rusiya ordusunun daha 450 hərbçisi məhv edilib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 48 350-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 997 tank, 4 345 zirehli döyüş maşını, 1115 artilleriya sistemi, 287 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopter, 851 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 239 avtomobil texnikası və avtosistern, 104 xüsusi texnikadan ibarətdir.

Milli.Az


Etiketlər:  Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ