Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

130 ton pomidoru festivala görə tələf etdilər - VİDEO

130 ton pomidoru festivala görə tələf etdilər - VİDEO

Tarix: 1 Sentyabr 2022 20:52

İspaniyanın dünyaca məşhur festivallarından biri olan "La Tomatina"ya qatılan 20 min adama 6 yük maşını ilə gətirilən 130 ton pomidor atılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Valensiya şəhərinin Bunol qəsəbəsində bu il 75-ci dəfə keçirilən tədbir zamanı küçələr və şəhərin içərisindən axan çay qırmızıya boyanıb.

Qeyd edək ki, bu il həm də festivalın beynəlxalq turizm hadisəsi kimi tanınmasının 20-ci ildönümüdür.

Hər il avqustun son günündə təşkil edilən pomidor festivalı COVID-19 epidemiyası səbəbiylə 2019-cu ildən sonra ilk dəfə təşkil olunub.


Etiketlər:  pomidoru festivala görə tələf etdilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ