Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2022 00:44
Adanada qadın vəhşicəsinə öldürülüb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Yüreğir qəsəbəsində Kazım Karabekir məhəlləsində qeydə alınıb. Buradakı evlərdən birinin həyətində 2 uşaq anası 33 yaşlı Şermin Sarı ilə keçmiş əri Erhan Poyraz arasında mübahisə yaranıb. Dava zamanı keçmiş ər arvadının başını daşla əzərək öldürüb.
Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri qadının öldüyünü müəyyən ediblər. Cinayətkar isə ərazidən qaçıb. Lakin polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində o, saxlanılaraq istintaqa təhvil verilib.
Məlum olub ki, cütlük 2 il əvvəl boşanıb. Keçmiş ər isə övladlarının Şermin Sarıdan alınmasını istəyib. Bunu istəməyən qadın isə hadisədən 4 gün əvvəl məhkəməyə üz tutaraq, keçmiş ərinin ondan uzaq durması barədə qərar alıb.