Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toydan sonra bəy də daxil olmaqla altı nəfər komaya düşüb öldü - FOTO

Toydan sonra bəy də daxil olmaqla altı nəfər komaya düşüb öldü - FOTO

Tarix: 2 Sentyabr 2022 09:16

Nigeriyada toy mərasimi faciə ilə yekunlaşıb. Belə ki, tədbirdən sonra altı nəfər dünyasını dəyişib. Ölənlər arasında bəy də var.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Enuqu şəhərində baş verib.

Məlumata görə, toydan sonra bəy və gəlin qonaqları gecələməyə dəvət edib. Səhər bir neçə qonşu yeni ailə quranları təbrik etmək üçün gəlsə də, onlara qapını açan olmayıb. Bundan narahat olan qonşular özbaşına evə giriblər və dəhşətli mənzərə ilə üzləşiblər: Qonaqlar və cütlük huşsuz vəziyyətdə olublar, onların ağızlarından köpük gəlib.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilsə də, bəy də daxil olmaqla altı nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yeddi qonaq və gəlin hələ də xəstəxanada müalicə alır.

Ölümün ilkin səbəbi dəm qazından zəhərlənmə göstərilir.


Etiketlər:  Toydan sonra bəy daxil olmaqla altı nəfər komaya düşüb öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ