Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük

İlham Əliyev: Beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük

Tarix: 2 Sentyabr 2022 17:27

Beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda sualları cavablandırarkən bildirib.

Dövlət başçısı bildirib:

"Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Biz görürük, bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir".

Milli.Az


Etiketlər:  İlham Əliyev Beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük


RƏYLƏR