Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2022 20:45
1965-ci ildə "Kainat gözəli" müsabiqəsində tacı alan Tailand əsilli Apasra Honqsakulayanın sosial şəbəkədə yayılan görüntüləri dünya mətbuatının gündəminə düşüb.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, kadrlarda göründüyü kimi, model əbədi gəncliyin sirrini açıb.
57 ildən sonra Apasra hələ də eyni dərəcədə gözəl və təravətli görünməyi bacarıb. İndi həyatının ən yaxşı çağında olan bu qadının 75 yaşı var.
Sosial şəbəkə əhlinin əsas sualı "O, neçə dəfə plastik əməliyyat olunub?" Cavab isə heç biri. Ən azından gözəllik kraliçasının özünün iddia etdiyi budur. Müsahibələrin birində o, hətta əbədi gəncliyinin sirlərini bölüşüb.
"Pis vərdişlərdən imtina, düzgün qidalanma, idman və su balansını qorumaq. Özünə qulluq haqqında unutmamaq vacibdir" - deyə, A.Honqsakulaya bildirib.
Keçmiş modelin cavan qalmaq hiylələri arasında dərini bitki yağları və masajlarla qidalandıran kontrastlı duşdur.