Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 08:58
Qərb nüvə müharibəsi törətmək qorxusundan dolayı öz qətiyyətsizliyi ilə hətta Vladimir Putini ruhlandırıb. Qərb Kiyevə öz ordusundan başqa hər şeylə kömək etməlidir ki, Ukrayna işğaldakı əraziləri azad edə bilsin.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Latviyanın müdafiə naziri Artis Pabriks deyib.
"Rusiya informasiya müharibəsi və təbliğatının əhəmiyyətli təsiri oldu. Qərbdə çoxları həqiqətən inanırlar ki, Ukraynaya hər hansı dəstək daha da gərginləşməyə gətirib çıxara bilər və Putini, Kremli, Rusiyanı narahat edər. Bu, böyük səhv idi, çünki Rusiyanı provokasiyaya çəkən yeganə şey zəiflikdir", - Pabriks vurğulayıb.
"Ukraynanın Qərbdən zirehli texnika almaması üçün heç bir səbəb görmürəm. Niyə də olmasın? Sadəcə ona görə ki, Rusiya əsəbiləşə bilər?" - nazir əlavə edib.