Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uğurlu ixtisas seçimi üçün nələrə diqqət etmək lazımdır? - VİDEO

Uğurlu ixtisas seçimi üçün nələrə diqqət etmək lazımdır? - VİDEO

Tarix: 3 Sentyabr 2022 14:42

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, birinci turda ali məktəblərə qəbul ola bilməyən abituriyentlər ixtisas seçiminin ikinci turunda diqqətli olmalıdırlar.

İxtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev deyib ki, keçid balı 150 və ona yaxın olan ixtisaslarda boş yerlər ya yoxdur, ya da çox az qalıb. Bunun da səbəbi seçimlər vaxtı keçid ballarının artacağı ilə bağlı əsassız informasiyaların yayılmasıdır. Buna görə də abituriyentlər ehtiyat edərək daha aşağı ballı ixtisaslara üstünlük veriblər.

Ekspert bildirib ki, ikinci turda xüsusilə 1-ci və 3-cü ixtisas qruplarını seçən abituriyentlərin universitet qazanma şansları daha yüksək görünür.

2-ci və 4-cü qruplarda isə vəziyyət bir az fərqlidir. Burada xüsusilə 250 və 300-dən yüksək bal toplayanların universitetlərə qəbul olma şansları nisbətən daha çoxdur.

Adil Vəliyev onu da bildirib ki, dövlət universitetlərində daha az vakant yer qalıb. Seçim vaxtı bu amilə də diqqət etmək tövsiyə olunur.

İkinci turda da univerisitet qazana bilməmək əslində dünyanın sonu hesab edilməməlidir. Çünkü abituriyentlərin buraxılış imtahanlarında topladıqları bal ilə kolleclərə qəbul ola, sonradan imtahansız ali məktəblərə keçmə şansları da var.

Qeyd edək ki, universitetlərin vakant yerlərinə və kolleclərə ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Uğurlu ixtisas seçimi üçün nələrə diqqət etmək lazımdır VİDEO


RƏYLƏR