Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib

“AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib

Tarix: 3 Sentyabr 2022 16:27

Prezident İlham Əliyev"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamının birinci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri" sözləri "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini" sözləri ilə əvəz edilsin.

- "Samir Qurbanov ‒ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri" sözləri "Faiq Mütəllimov - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ekoloji siyasət şöbəsinin müdiri" sözləri ilə əvəz edilsin.


Etiketlər:  AzerGold Müşahidə Şurasının tərkibi dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ