Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədənindən tikiş iynəsi çıxarıldı

Bədənindən tikiş iynəsi çıxarıldı

Tarix: 3 Sentyabr 2022 18:24

Rusiyada Mıtişşi xəstəxanasının 2 saylı poliklinikasının təcili yardım otağının həkimləri kişinin bədənindən uzun tikiş iynəsini çıxarıblar.

Sonxeber.net bildirir ki, bu barədə rayon Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müəssisəyə sağ bud oynağında ağrı şikayətləri ilə bir kişi müraciət edib. Diaqnoz nəticəsində məlum olub ki, yeddi santimetr uzunluğunda tikiş iynəsi ona ağrı verib. Yad cismin budda necə olduğu bilinməyib. Travmatologiya mərkəzinin rəhbəri Valeri Vyatkinin sözlərinə görə, xəstənin bəxti gətirib.

"Xəstənin bəxti gətirdi ki, iynə yerindən tərpənmədi, çünki bu, damarların, sinirlərin və ya oynaq kapsulunun zədələnməsinə, həmçinin irinli iltihabın mənbəyinə çevrilə bilər. Rentgenoqrafiyadan istifadə edib, kiçik bir kəsikdən yad cisim çıxarılıb", - deyən o, xəstənin özünü yaxşı hiss etdiyini və artıq xəstəxanadan evə buraxıldığını da əlavə edib.

İrfan Vəliyev


Etiketlər:  Bədənindən tikiş iynəsi çıxarıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ