Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrandan ermənilərə növbəti jest - Təbriz Universitetində...

İrandan ermənilərə növbəti jest - Təbriz Universitetində...

Tarix: 3 Sentyabr 2022 19:24

İrəvan Dövlət Universitetinin rektoru Ovanis Ovannisyan Təbriz Dövlət Universitetinin rektoru Səfər Nəsrullah Zadə ilə görüşüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, görüşdə iki universitet arasında əməkdaşlığın qurulması istiqamətində addımlar və qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

İranlı rektorla görüşün nəticəsi olaraq, iki universitet arasında tələbə və mütəxəssis mübadiləsi proqramlarının, birgə elmi-tədqiqat layihələrinin, müxtəlif akademik və mədəni təşəbbüslərin həyata keçirilməsinə dair razılığa gəlinib.

Bundan əlavə, Təbriz Dövlət Universitetində ermənişünaslıq kafedrasının yaradılması ilə bağlı ilkin razılıq əldə olunub.

Milli.Az


Etiketlər:  İrandan ermənilərə növbəti jest Təbriz Universitetində


RƏYLƏR