Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qalmaqallı toydan sonra oğlunu görməyib - Yeni detallar

Qalmaqallı toydan sonra oğlunu görməyib - Yeni detallar

Tarix: 4 Sentyabr 2022 12:40

Britaniyalı məşhur modelyer Viktoriya Bekhemlə gəlini Nikol Peltz arasındakı gərginliklə bağlı yeni detallar ortaya çıxıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, modelyerə yaxın bir mənbə "Daily Mail"ə açıqlamasında onlar haqqında çıxan şayiələri təsdiqləyib. Mənbənin sözlərinə görə, Viktoriya oğlu Bruklini aprel baş tutan toyundan sonra demək olar ki, görməyib və bunun üçün çox narahatdır. Həmçinin, o, münasibətlərinin daha da pisləşəcəyindən qorxur:

"Viktoriya bütün uşaqları ilə yaxın olmağı, vaxtının çoxunu onlarla keçirməyi sevir. Onlara həmişə isti münasibət bəsləyir, mehriban davranır. Viktoriya onunla tanış olduğu ilk gündən Nikolaya pərəstiş edib. Lakin işlər sonra qəlizləşdi. O, Bruklinlə həmişə o qədər yaxın münasibətdə olub ki, münasibətində işlər yaxşı getməyəndə ona təsəlli verib. İndi onun üçün çox çətindir".

Mənbə eyni zamanda, bildirib ki, Viktoriya toyda Nikola ilə Bruklinin rəqs etməli olduğu mahnını "oğurlayıb". İddiaya görə, cütlük rəqsləri üçün toyda çıxış edən müğənni Mark Entoninin repertuarından bir kompozisiya seçiblər. Lakin ifaçı Viktoriyanın xahişi ilə mahnını ana və oğluna həsr edib. Hətta bundan kədərlənən Nikola mərasimin keçirildiyi zalı tərk edib.

Sonradan heç bir tərəf barışıq yolunda ilk addımı atmayıb. Həmçinin, Viktoriya gəlininə Paris Moda Həftəsindəki brend şousu üçün dəvət göndərməyib. Cütlüyün tətil xərclərini isə Nikolanın atası milyarder Nelson Peltz ödəyib.

Milli.Az


Etiketlər:  Qalmaqallı toydan sonra oğlunu görməyib Yeni detallar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ