Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 02:32
Ukraynadakı rus qoşunları rəhbərliyin vəd etdiyi maaşları və mükafatları almır. Bu, yəqin ki, Ukraynada döyüşməyə razılıq verən rus əsgərlərinin əsas problemlərindən biridir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rus işğalçılarının gəliri əmək haqqı, müxtəlif bonuslar və müavinətlər sistemindən ibarətdir. Lakin Rusiyada vəd edilən vəsaitin ödənilməsində problemlər yaranıb. Bu, çox güman ki, səmərəsiz hərbi bürokratiya, "xüsusi hərbi əməliyyat"ın qeyri-adi hüquqi statusu və komandirlər arasında aşkar korrupsiya ilə bağlıdır", - məlumatda bildirilib.
Qeyd olunur ki, Rusiya komandanlığı ödənişin gecikdirilməsi ilə yanaşı, əsgərləri adi əşyalarla - geyim, silah və yeməklə də təmin etmir. Bu, rus qoşunlarının mənəvi durumuna əhəmiyyətli dərəcədə təsir edir.