Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanadada iki cinayətkar bıçaqla 10 nəfəri öldürüb - FOTO

Kanadada iki cinayətkar bıçaqla 10 nəfəri öldürüb - FOTO

Tarix: 5 Sentyabr 2022 07:04

Kanada polisi Saskaçevan əyalətində 10 nəfəri bıçaqlayan və ən azı 15 nəfəri yaralayan iki cinayətkarı axtarır.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Hadisə Ceyms-Smit-Kri-Nation qəsəbəsində, eləcə də Ueldon şəhərində baş verib.

Polis Demiyen Sanderson və Mayls Sandersonu axtarır. Axtarış zonasına Saskaçevan əyaləti, eləcə də qonşu Alberta və Manitoba əyalətləri daxildir.

Qeyd olunub ki, cinayətkarlar təsadüfi insanları bıçaqlayıb öldürüb.

Artıq Kanadanın Baş naziri Castin Trüdo bıçaqlı hücumlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və hökumətin vəziyyəti izlədiyini bildirib.


Etiketlər:  Kanadada cinayətkar bıçaqla nəfəri öldürüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ