Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 18:28
İmişli rayonunun Aranlı kəndində şəhidin adını daşıyan küçə baxımsız vəziyyətdədir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, rayonun Aranlı kəndi ərazisində bir sıra küçələr abadlaşdırılıb, asfalt çəkilib.
Lakin Birinci Qarabağ müharibəsində şəhadətə ucalmış Aləm Xəmmədovun adını daşıyan küçədə 200 metrlik yola asfalt qatı vurulmayıb. Mövcud vəziyyət sakinləri narahat edir.
Sakinlər bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma nəticəsi olmayıb.
İmişli Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov məsələdən xəbərdar olduqlarını bildirib. O, gələcəkdə həmin küçənin asfaltlanacağına söz verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: