Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Müharibə ölkəyə 326 milyard dollar ziyan vurub” - Ukraynanın baş naziri

''Müharibə ölkəyə 326 milyard dollar ziyan vurub” - Ukraynanın baş naziri

Tarix: 6 Sentyabr 2022 08:54

Ukraynanın baş naziri Denis Şmıqal ölkənin hərbi əməliyyatlardan itkilərini açıqlayıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, müharibə ölkəsinə 326 milyard dollar məbləğində ziyan vurub.

Baş nazir əlavə edib ki, Ukrayna hökuməti bu məbləği Dünya Bankının ekspertləri ilə birlikdə araşdırıb.

Şmıqalın sözlərinə görə, dağılmış obyektlərin bərpasına 105 milyard dollar xərclənməlidir.

Aprelin ortalarında "Financial Times" qəzetinə müsahibəsində Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib ki, Rusiyanın hərbi əməliyyatı başlayandan bəri ölkənin mülki və hərbi infrastrukturuna dəymiş ziyan 270 milyard dollar təşkil edib.


Etiketlər:  Müharibə ölkəyə milyard dollar ziyan vurub Ukraynanın baş naziri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ