Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 09:38
"Avqust ayının sonundan etibarən Ukrayna ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarının dördüncü günündə Rusiya Silahlı Qüvvələrinin 1500 hərbçisi məhv edilib".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Oliksiy Arestoviç deyib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri Vısokopelye qəsəbəsindən sonra daha 3 yaşayış məntəqəsini azad edib: "Rusiya qoşunlarının logisitikası məhv edilir. Ona görə də onlar üçün qarşıdakı günlər çətin olacaq".
Ukrayna Prezident Ofisinin nümyəndəsinin sözlərinə görə, döyüşçülər qarşı tərəfin maddi-texniki bazasını məhv edərək onları zəiflətməyə davam edirlər.