Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın Ukraynadakı itkilərinin sayı 50 mini ötüb

Rusiyanın Ukraynadakı itkilərinin sayı  50 mini ötüb

Tarix: 6 Sentyabr 2022 10:54

"Son sutkada Ukraynada Rusiya ordusunun daha 350 hərbçisi məhv edilib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 50150-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 077 tank, 4 484 zirehli döyüş maşını, 1 179 artilleriya sistemi, 296 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 207 helikopter, 876 PUA, 209 qanadlı raket, 15 gəmi, 3 305 avtomobil texnikası və avtosistern, 109 xüsusi texnikadan ibarətdir.

Milli.Az


Etiketlər:  Rusiyanın Ukraynadakı itkilərinin sayı mini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ