Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-in Federal Ehtiyatlar Sistemi baza faiz dərəcəsini əvvəlki səviyyədə saxlayıb

ABŞ-in Federal Ehtiyatlar Sistemi baza faiz dərəcəsini əvvəlki səviyyədə saxlayıb

Tarix: 1 May 2019 23:48

Bakı. Trend:

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) baza faiz dərəcəsini 2,25-2,5% səviyyəsində saxlayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə FES-in press-relizində deyilir.

Qərar analitiklərin əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb,

Mart ayında keçirilmiş ötən iclasında tənzimləyici həmçinin dərəcəsinin səviyyəsini dəyişməyib. 2018-ci ildə FES faiz dərəcəsini dörd dəfə - mart, iyun, sentyabr və dekabr aylarında artırıb. Sonuncu dəfə faiz dərəcəsi ötən ilin dekabrında 0,25 faiz bəndi artırılıb - 2-2,25 faizdən 2,25-2,5 faizə qədər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ Federal Ehtiyatlar Sistemi baza faiz dərəcəsini əvvəlki səviyyədə saxlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ