Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 20:08
Rusiyanın Daxili İşlər Nazirliyi rejissor Vitali Manski cinayyət maddəsi ilə axtarışa verilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Manskinin konkret nədə ittiham olunduğu açıqlanmayıb.
Xatırladaq ki, sentyabrın 6-da rejissor Nikita Mixalkov Manskini Moskva Beynəlxalq Film Festivalının (MIFF) büdcəsindən oğurluq edilməsi ilə bağlı bəyanatına görə böhtanda ittiham edib. Film festivalının direktorunun mətbuat katibi İrina Myaçina onun polisə şikayət etdiyini təsdiqləyib.
Bundan əvvəl Manski Kseniya Sobçakla müsahibə zamanı MIFF büdcəsinin ən azı 85 faizi oğurlandığını deyib.