Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 08:02
Türkiyədə azərbaycanlı həkim faciəli şəkildə ölüb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, uzman həkim Elnur Rufullayevi işdən çıxan vaxt maşın vurub. Nəticədə o, dünyasını dəyişib.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı.