Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 08:54
ABŞ-ın müdafiə naziri Lloyd Ostin cümə axşamı Almaniyada Qərb ölkələrinin Kiyevə hərbi yardımı koordinasiya etmək üçün yaratdığı qrupun iclasında Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul bildirib.
Həftəlik "Defense News" qəzetinin ev sahibliyi etdiyi illik konfransda ondan, ABŞ-ın yeni hərbi yardım paketini elan edib-etməyəcəyi soruşuldu.
"Bəli, düşünürəm ki, nazir bunu elan edəcək",- deyə Kol cavab verib.
O, əlavə edib ki, yardım xüsusilə, HIMARS reaktiv buraxılış sistemləri üçün əlavə sursatlardan ibarət olacaq.
Nazir müavininin sözlərinə görə, ukraynalıların bu sursatlara həqiqətən ehtiyacı var.