Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bred Pitt olacağam"

Tarix: 8 Sentyabr 2022 19:30

"Ailə ilə sənət bir arada çətindir. İllərdir bunu qoruyub saxlayıram. Həyat yoldaşım da başa düşən biridir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev "Özəl" proqramında deyib. Sənətçi ailəsindən, sənətindən danışıb. Elvin Azərbaycan kanallarına baxmadığını deyənləri tənqid edib:

"Azərbaycanlısansa, niyə baxmamalısan? Hər şeydən xəbərdar olmalısan. O sözü deyən insanlara yazığım gəlir. Düzdür, mən də bəzi verilişlərlə razı deyiləm. Amma baxılmalı səviyyəli proqramlar var".

Elvin 2022-ci ildə görünüşündə dəyişiklik edəcəyini açıqlayıb:

"Hərdən dostlarıma deyirəm ki, Bred Pitti tanıyırsınız? Baxın, 2022-ci ildə Bred Pitt olacağam. Həm sənət, həm görünüş baxımından. 35 yaşım var, həyatda ən qorxduğum tamaşaçı sevgisizliyidir. Kimsə deyəndə yaşlanmısan, pis oluram. Bu yaxınlarda biri gəlib deyir ki, dəyişmisiniz. Soruşuram yaxşı, yoxsa pis? Deyir, əvvəl müğənniyə daha çox oxşayırdınız. Mənə qəribə təsir etdi bu söz".

Milli.Az


Etiketlər:  Bred Pitt olacağam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ