Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2019 13:48
Bakı. Trend:
VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarka çərçivəsində Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi açılıb.
Trend-in məlumatına görə, Mərkəzdə Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin fəaliyyətinə, dünya arenasındakı roluna həsr olunan, məşhur qazaxıstanlı yazıçıların, qazax, rus və və ingilis dillərində kitabları təqdim olunub.
Ümumilikdə, kitabxanaya 200 kitab hədiyyə edilib.
Mərkəzin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, TÜRKSOY baş katibi Düsen Kaseinov, Qazaxıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Darxan Kuşerbayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Qazaxıstan Milli Akademik Kitabxananın rəhbər müavini Aliya Kojabayeva və digərləri iştirak edib.
Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi dünyanın 32 kitabxanasında fəaliyyət göstərir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin