Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI - Bu müəllimlər...

Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI -  Bu müəllimlər...

Tarix: 8 Sentyabr 2022 21:34

Məktəbdə iki fənn üzrə (riyaziyyat-informatika, tarixi-coğrafiya) tədris aparan müəllimlər üçün sertifikasiyasının hansı formada aparılması məsələsinə aydınlıq gətirilib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, həmin müəllimlərin bir fəndən sertifikasiyası məqbul hesab edilir.

O söyləyib ki, burada müəllimin hansı fənndən daha çox saat dərs dediyi nəzərə alınmalıdır:

"Bununla bağlı yerli idarələrdən məlumat alacağıq. Məsələn, müəllim riyaziyyat fənnindən 18 və zəruri ehtiyaca görə informatikadan 2 saat dərs deyirsə, bu zaman sertifikasiyaya riyaziyyat fənni üzrə cəlb etmək daha uyğun olar. Amma saatlar bərabərdirsə və ya fərq o qədər də böyük deyilsə, seçim müəllimin ixtiyarına buraxıla bilər. Ola bilər ki, 5 ildən sonra da gəlib digər fənn üzrə sertifikasiyadan keçər"


Etiketlər:  Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI müəllimlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ