Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan FİFA-nın reytinqində 1 pillə irəliləyib

Azərbaycan FİFA-nın reytinqində 1 pillə irəliləyib

Tarix: 28 Sentyabr 2019 14:24

Bakı. Trend:

Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Trend-in məlumatına görə, cədvəldə dünyanın 161 yığması yer alıb. Azərbaycan milli komandası budəfəki siyahıda 75-ci yerdə qərarlaşıb.

Aktivində 1345 xal olan yığmamız iyulda açıqlanan FİFA reytinqi ilə müqayisədə, 1 pillə irəliləyib. Buna Qazaxıstanın 3 pillə geriləməsi səbəb olub.

Siyahıya 2180 xalla ABŞ başçılıq edir. Almaniya ikinci (2064), Hollandiya (2036) üçüncü yerdədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan FİFA nın reytinqində pillə irəliləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ