Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2022 09:46
Ukraynanın Xerson vilayətində gedən döyüşlər zamanı general-leytenant Andrey Siçevoyun əsir düşdüyü iddia olunub.
Sonxeber.net bildirir ki, Ukrayna mediasında yer alan xəbərlərə görə, Rusiya Müdafiə Nazirliyinin "Qərb" ordu qruplaşmasının komandanı A.Siçevoy polkovnik-leytenant poqonlu olaraq, kimliyini gizlətməyə çalışıb.
Rusiyanın Müdafiə Nazirliyi bu məlumatları feyk adlandıraraq təkzib edib.
53 yaşlı general-leytenant Andrey İvanoviç Siçevoy Ukraynanın Melitopol və Mariupol şəhərlərinin işğalına rəhbərlik edib.