Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

19 saat şəhərdə gəzərək qarşısına çıxanları güllələdi və cinayətini canlı yayımladı - VİDEO

19 saat şəhərdə gəzərək qarşısına çıxanları güllələdi və cinayətini canlı yayımladı - VİDEO

Tarix: 9 Sentyabr 2022 16:22

Tennessi ştatının (ABŞ) Memfis şəhərində 19 yaşlı afroamerikalı Ezekiel D.Kelli 19 saat şəhəri gəzərək yoldan keçənlərə atəş açıb. Nəticədə müxtəlif yerlərdə azı dörd nəfər ölüb, üç nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.

Cinayətlərdən azı biri qatil tərəfindən sosial şəbəkələrdə canlı yayımlanıb.

Polis tərəfindən təqib olunan şübhəli oğurlanmış avtomobildə qəza törətdikdən sonra saxlanılıb. O, maşından düşməkdən imtina etdiyi üçün həbs SWAT polisinin xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

O da bildirilir ki, Kelli 2020-ci ildə adam öldürməyə cəhddə ittiham olunub.

Milli.Az


Etiketlər:  19 saat şəhərdə gəzərək qarşısına çıxanları güllələdi cinayətini canlı yayımladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ