Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden II Elizabetin dəfn mərasimində iştirak etmək istəyir

Bayden II Elizabetin dəfn mərasimində  iştirak etmək istəyir

Tarix: 10 Sentyabr 2022 07:48

ABŞ prezidenti Co Bayden Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimində şəxsən iştirak etmək niyyətində olduğunu bildirib.

"Hələ təfərrüatları bilmirəm, amma gedəcəm", - Amerika lideri bildirib.

Dövlət başçısının sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirir.

Bayden həmçinin bildirib ki, o, Britaniyanın yeni kralı III Çarlzla hələ danışmayıb.

"Mən onu tanıyıram. Onunla danışmamışam, zəng etməmişəm", - Ağ Evin rəhbəri deyib.

Milli.Az


Etiketlər:  Bayden II Elizabetin dəfn mərasimində iştirak etmək istəyir


RƏYLƏR