Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 08:51
Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqlar başladılmalıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Latviya Prezidenti Eqils Levits deyib.
Levitsin sözlərinə görə, Ukrayna təkcə siyasi və mədəni baxımdan Avropa ailəsinin üzvü deyil, həm də azad demokratik ölkələrin birliyi olduğu üçün AB-yə daxildir:
"İndi biz bu yolla daha da irəli getmək və Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqların başlanmasını təmin etmək üçün mümkün olan hər şeyi edirik", - Levits vurğulayıb.