Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə mikroavtobus aşıb, onlarla yaralanan var

Türkiyədə mikroavtobus aşıb, onlarla yaralanan var

Tarix: 10 Sentyabr 2022 08:56

Türkiyədə kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Samsun şəhərinin Vəzirköprü rayonunda qeydə alınıb.

Kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus Vəzirköprü Dövlət Xəstəxanası qovşağında avtomobillə toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb.

Qəza nəticəsində 27 nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər, sağlamlıq və polis qrupları işləyir.

Milli.Az


Etiketlər:  Türkiyədə mikroavtobus aşıb onlarla yaralanan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ